Azərbaycan, Bakı, 15 yanvar/ Trend , müxbir R.Ergün/ Bədii gimnastika üzrə Avropa çempionatının püşkatma mərasimi Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunacaq. Bu barədə Trend -a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.
Bədii gimnastika üzrə Avropa çempionatı bu il may ayının 15-dən 17-dək Bakıda keçiriləcək.
Çempionatın püşkatmasında Avropa Gimnastika İttifaqının direktoru Manfred Kuhtun iştirak edəcəyi gözlənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]