...

Şotlandiyalı futbol mütəxəssisi 2008-ci ilin ən yaxşı klub məşqçisi seçilib

Cəmiyyət Materials 15 Yanvar 2009 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar/ Trend , müxbir R.Ergün/ İngiltərənin "Mançester Yunayted" futbol klubunun baş məşqçisi Ser Aleks Ferqyusson Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (BFTSF) keçirdiyi sorğuda 2008-ci ilin ən yaxşı klub məşqçisi seçilib.

Şotlandiyalı məşqçi BFTSF-nin sorğusunda 264 xalla birinci yeri tutub.

Ferqyussonun baş məşqçisi olduğu "Mançester Yunayted" 2008-ci ildə Çempionlar Liqasının və İngiltərə Premyer-Liqasının qalibi olub.

Rusiyanın "Zenit" klubunun hollandiyalı baş məşqçisi Dik Advokat sorğuda ikinci, Ekvatorun LDU komandasının baş məşqçisi Eduardo Bauza isə üçüncü olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti