...

Futbol üzrə Azərbaycan millisi Çexiyanın "Slaviya" klubu ilə görüşə bilər

Cəmiyyət Materials 19 Yanvar 2009 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirlikərinin Dubay şəhərində keçirəcəyi toplanış çərçivəsində Çexiyanın "Slaviya" klubu ilə görüşə bilər. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan komandası Dubaydakı toplanış çərçivəsində, fevralın 1-də Özbəkistan, 11-də isə Küveyt millisi ilə yoxlama oyunu keçirəcək. 

"Slaviya" ilə oyunun fevralın 7-də keçirilməsi nəzərdə tutulub.

"Slaviya" klubu hazırda Çexiya çempionatının lideridir.

Azərbaycan millisinin baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti