...

Azərbaycan çempionu "Birlik Kuboku"nun yarımfinalına vəsiqə qazanıb

Cəmiyyət Materials 21 Yanvar 2009 15:59 (UTC +04:00)
Azərbaycan çempionu "Birlik Kuboku"nun yarımfinalına vəsiqə qazanıb

Azərbaycan, Bakı, 21 yanvar/ Trend , müxbir R.Ergün/ Moskvada keçirilən "Birlik Kuboku" futbol turnirinin 1/4 final mərhələsinin oyunlarına start verilib. Azərbaycan çempionu, Bakının "İnter" klubu bu mərhələdə Tacikistanın "Reqar-TadAZ" komandası ilə görüşüb və 2:0 hesabı ilə qələbə qazanıb.

Hesabı 24-cü dəqiqədə "İnter"in latviyalı futbolçusu Andreys Rubins açıb. 50-ci dəqiqədə oyunun baş hakiminin "Reqar-TadAZ"ın qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən "İnter"in uruqvaylı legioneri Valter Quqlemon hesabı artırıb - 2:0.

"İnter" turnirin qrup mərhələsində Qırğızıstanın "Dordoy-Dinamo" (0:0), Finlandiyanın "İnter" (3:1) və Latviyanın "Ventspils" (2:0) klubları ilə qarşılaşıb.

Azərbaycan komandası "Birlik Kuboku"nun yarımfinal mərhələsində bu gün keçiriləcək "Şerif" (Moldova) - "Ventspils" (Latviya) oyununun qalibi ilə görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti