...

Azərbaycanın fövqəladə hallar naziri Boks Federasiyasının prezidenti seçilib

Cəmiyyət Materials 23 Yanvar 2009 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar/ Trend News, müxbir R.Ergün/ Azərbaycanın fövqəladə hallar naziri Kəmaddin Heydərov bu gün Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti seçilib. Bu barədə cümə günü Trend -a ABF-nin mətbuat xidməti məlumat verib.

Bu gün ABF-nin hesabat-seçki konfransı keçirilib. Konfransda Boks Federasiyasına prezident seçkisi keçirilib və yeganə namizəd olan Heydərov ABF-nin yeni prezidenti olub.

Seçkidən sonra ABF-nin 18 nəfərlik İcraiyyə Komitəsi seçilib.

Heydərov Azərbaycan Boks Federasiyasının prezidenti vəzifəsində Ağacan Əbiyevi əvəz edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti