...

Azərbaycanlı şahmatçı beynəlxalq şahmat festivalının ilk turunda qələbə qazanıb

Cəmiyyət Materials 28 Yanvar 2009 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Vüqar Həşimov Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalında keçirdiyi ilk görüşdə qələbə qazanıb. Bu barədə Trend -a Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidməti məlumat verib.

Azərbaycanlı qrossmeyster festivalın ilk turunda İngiltərə təmsilçisi Qari Kuillanla görüşdə qələbə qazanıb.

İsveçrə sistemi üzrə keçirilən şahmat festivalı 10 turdan ibarətdir.

Festival fevralın 5-də başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti