Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubunun baş məşqçisi Qyoko Hacievski Mərakeş yığmasının üzvü Hasan Suarinin transfer olunmasını istəyir.
"Suarini "Bakı" komandasında görmək istərdim. Mən bu futbolçu ilə bağlı öz fikrimi bildirdim, son qərarı isə klubun vitse-prezidenti Zeynal Məmmədov verəcək", - bazar ertəsi "Bakı" klubunun saytına açıqlamasında Hacievski deyib.
Suari "Bakı" komandasının heyətində dörd yoxlama oyununda iştirak edib. Hücumçu mövqeyində çıxış edən futbolçunun 25 yaşı var.
Makedoniya yığma komandasının keçmiş baş məşqçisi olan Hacievski bildirib ki, klubun vitse-prezidenti razılaşsa, yaxın günlərdə mərakeşli futbolçu ilə müqavilə bağlanılacaq.
Hacievski "Bakı" komandası ilə yanaşı, bir il əvvəl Azərbaycan yığmasının da baş məşqçisi olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]