...

Azərbaycanın Güləş Federasiyasının baş katibi vəzifəsində dəyişiklik olub

Cəmiyyət Materials 2 Fevral 2009 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın Güləş Federasiyasının (AGF) baş katibi vəzifəsində dəyişiklik olub. Bu barədə Trend -a Federasiyanın mətbuat xidmətinin rəhbəri Mətləb Abdullayev məlumat verib.

Abdullayevin bildirdiyinə görə, baş katib Cavid Qurbanov öz istəyi ilə tutduğu vəzifədən istefa verib.

Qurbanovun istefasının səbəbi barədə məlumat verilməyib.

Federasiya rəsmisi deyib ki, Qurbanovu baş katib vəzifəsində Ramin Qasımov əvəz edəcək.

Güləş Federasiyasında icraçı direktor kimi çalışan Qasımovun baş katib vəzifəsində müvəqqəti olduğu bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti