Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir R.Ergün/ Türkiyənin "Kocaelispor" klubu "Qalatasaray"ın keşmiş futbolçusu Fatih Akyellə 6 aylıq müqavilə bağlayıb. Bu barədə çərşənbə axşamı Türkiyə mətbuatı məlumat verib.
Türkiyə yığma komandasının keçmiş üzvü olan Akyel, "Qalatasaray" klubunun heyətində 2000-ci ildə UEFA kubokunu qazanıb.
"Kocaelispor"da iki azərbaycanlı futbolçu - Rəşad Sadıqovla Ramal Hüseynov çıxış edir.
Türkiyə Superliqasında çıxış edən "Kocaelispor" 12 xalla 17-ci yerdədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]