Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Vüqar Həşimov bu gün Cəbəllütariqdə təşkil olunan beynəlxalq turnirdə sonuncu görüşünü keçirəcək. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat verib.
Keçirilən 8 turdan sonra hesabında 6,5 xalı olan Həşimov turnirin liderləri sırasındadır.
Azərbaycanlı şahmatçı turnirin bu gün keçiriləcək sonuncu turunda İsveçrəni təmsil edən Vadim Milovla görüşəcək. Həşimov bu görüşdə qələbə qazanarsa, digər oyunların nəticələrindən asılı olmayaraq, turnirin qalibi adını olacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]