...

Futbol üzrə Azərbaycan yığmasının Avropa çempionatındakı rəqibləri bu gün məlum olacaq

Cəmiyyət Materials 4 Fevral 2009 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir R.Ergün/ Futbol üzrə 21 yaşlılardan ibarət Azərbaycan yığma komandasının 2011-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bu gün məlum olacaq. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan yığmasının seçmə mərhələdəki rəqibləri Danimarkanın Orxus şəhərində keçiriləcək püşkatmadan sonra məlum olacaq.

Azərbaycanı püşkatma mərasimində AFFA-nın Milli Yığma Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov təmsil edəcək.

21 yaşlı futbolçular arasında Avropa çempionatı da Danimarkada keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti