Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" klubu Portuqaliyanın "Portu" komandasında çıxış edən məşhur türkiyəli futbolçu Fatih Sonkaya ilə müqavilə bağlayıb. Bu barədə Trend -a klubun mətbuat xidməti məlumat verib.
Sağ cinah müdafiəçisi olan Sonkaya Türkiyə yığma komandasının heyətində 6 oyun keçirib. Futbolçunun Türkiyənin bir neçə klubuna keçmək variantı olsa da, o, Azərbaycan komandası ilə anlaşıb.
"Xəzər-Lənkəran" bir neçə gün əvvəl daha bir tanınmış türkiyəli futbolçu - Ahmet Dursunla 3 aylıq müqavilə bağlayıb.
Azərbaycan kubokunun sonuncu qalibi olan komandanın baş məşqçisi İqor Ponomaryovdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]