...

Azərbaycan Premyer-Liqasını keçirməyə yüz faiz hazırıq – PFL-in prezidenti

Cəmiyyət Materials 10 Fevral 2009 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Premyer-Liqanın ikinci dövrəsini keçirməyə yüz faiz hazır olduqlarını bildirib.

"İkinci dövrəyə yüz faiz hazırıq. Hazırlıq baxımından narazı qalmaq üçün heç bir səbəb görmürəm", -çərşənbə axşamı Trend -a Musayev deyib.

Azərbaycan Premyer-Liqasının ikinci dövrəsi fevralın 14-də başlayacaq.

PFL-in prezidenti çempionatın sonunda klub rəhbərlərinin Premyer-Liqanın təşkilatçılığından razılıq edəcəklərinə inandığını bildirib: "Premyer-Liqa başa çatandan sonra çempionatda iştirak edən klubların rəhbərlərinin bizdən razılıq edəcəklərinə inanıram".

Musayev deyib ki, Premyer-Liqa oyunlarının yayım məsələsində klublarla birgə fəaliyyət göstərəcəklər.

"Əl-ələ verib oyunların canlı göstərilməsinə çalışacağıq. Yəni, telekanallarla yayıma görə həm biz, həm də klub rəhbərləri danışıq aparacaq", - deyə qurum prezidenti əlavə edib.

Premyer-Liqanın birinci dövrəsində yayım hüququ klubların özlərində olub. Fasilə dövründə yayım hüququnun klublardan alınıb PFL-ə verilməsi təklifi irəli sürülüb.  

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti