Azərbaycan, Bakı, 15 fevral / Trend müxbir İ.Sultanov/ Türkiyə superliqasında "böyük dördlüyü" təmsil edən komandalar arasında derbi-oyunu keçirilib. İstanbulda "Trabzonsporu" qəbul edən "Beşiktaş" istəyinə nail ola bilməyib.
Matçın 29-cu dəqiqəsində hesabı qonaqlar açıblar. Qolu Ünal vurub.
Lakin ikinci hissədə meydan sahibləri bir qolun əvəzini çıxa biliblər. 77-ci dəqiqədə Bobu "status-kvo"nu bərpa edib.
Matç 1:1 hesabı ilə bitib.