...

Futzal üzrə Azərbaycan yığmasının Avropa çempionatında keçirəcəyi oyunların vaxtı müəyyənləşib

Cəmiyyət Materials 19 Fevral 2009 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir R.Ergün/ Futzal üzrə Azərbaycan yığma komandasının Avropa çempionatında keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan futzalçıları Avropa çempionatının əsas seçmə mərhələsində ilk oyunlarını martın 19-da, Portuqaliyaya qarşı keçirəcəklər və görüş Bakı vaxtı ilə saat 24.00-da başlayacaq.

Azərbaycan yığması ikinci oyununu Polşa millisinə qarşı keçirəcək. Oyun saat 20.30-da başlayacaq.

Azərbaycan futzalçıları əsas seçmə mərhələnin sonuncu oyununda D qrupunun qalibi ilə görüşəcək. Oyun saat 18.00-da başlayacaq.

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhəlisinin oyunları Portiqaliyanın Vyana do Kaştello şəhərində keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti