Azərbaycan, Bakı, 25 fevral / Trend News, müxbir R.Ergün / Bu gün Bakının "İnter" futbol klubu Azərbaycan kubokunun 1/4 final mərhələsində "Simurq"a qarşı keçirdiyi ilk oyunda qələbə qazanıb.
Bakıdakı "Şəfa" stadionunda keçirilən oyunda "İnter" "Simurq"u 2:0 hesabı ilə məğlub edib.
Oyunda qolları 30-cu dəqiqədə Petar Zlatinov və 86-cı dəqiqədə Xaqani Məmmədov vurub.
Azərbaycan kuboku çərçivəsində bu gün keçirilən digər iki oyun belə nəticələnib: "Qarabağ" - "Neftçi" 1:0, "Qəbələ" - "Olimpik" 1:1.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]