...

Azərbaycanlı güləşçi "Qızıl Qran Pri" turnirində qızıl medal qazanıb

Cəmiyyət Materials 2 Mart 2009 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir S.Aslanov /

Azərbaycanlı yunan-roma güləşçisi Rövşən Bayramov "Qızıl Qran Pri" turnirində qızıl medal qazanıb. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat verib.

Bayramov Macarıstanda keçirilən turnirdə 60 kq çəki dərəcəsində çıxış edib.

Turnirdə iştirak edən digər azərbaycanlı güləşçi Fərid Mansurov isə 66 kq çəki dərəcəsində gümüş medal qazanıb. 

Bayramov yayda keçirilən Pekin Olimpiadasında gümüş medal qazanıb.

Mansurov isə Afinada keçirilən Olimpiadanın qalibi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti