...

Azərbaycanda "dedovşina" faktına görə hərbçilərə ümumilikdə 18 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib

Cəmiyyət Materials 5 Mart 2009 13:01 (UTC +04:00)
Azərbaycanda "dedovşina" faktına görə hərbçilərə ümumilikdə 18 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir K.Zərbalıyeva /

Bakı Hərbi Məhkəməsində "dedovşina" faktı ilə bağlı proses başa çatıb.

Trend -un məlumatına görə, cümə axşamı keçirilən prosesdə təqsirləndirilənlər barəsində hökm elan olunub.

Məhkəmənin hokum ilə təqsirləndirilən Famil Qəniyevə 4 il 6 ay, Cabir Yusibov 4 il, Adil Abbasov 4 il, Rahid Cəfərov və Elxan Alməmmədovun hər birinə isə 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Trend -un arayışı: Ötən ilin oktyabrında İnternetdə hərbi hissənin tibb məntəqəsində müalicə alan əsgərlərin "dembel"lər (hərbi xidmətinin başa çatmasına az qalmış əsgər) tərəfindən döydürüldüyü barədə görüntülər yayılıb. Hadisənin ötən ilin fevral ayında Müdafiə Nazirliyinin Ələtdəki hərbi hospitalında baş verdiyi bildirilir.

Bu məsələ ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332) maddəsi ilə cinayət işi açılmış və istintaq aparılmışdı.

İş üzrə 5 zərərçəkmiş tanınıb, onlardan dördü şikayətini geri götürüb.Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova işgəncə və "dedovşina" hallarının qarşısını almaq üçün orduya ictimai nəzarətin həyata keçirilməsini vacib sayır. "Hərbi hissələr və cəzaçəkmə müəssisələrində mütləq ictimai nəzarət həyata keçirilməlidir", - daha öncə Trend -a ombudsman Süleymanova bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti