...

Azərbaycanda 298 mətbu nəşr dövlət qeydiyyatına alınıb

Cəmiyyət Materials 12 Mart 2009 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycanda ötən il 298 mətbu nəşr dövlət qeydiyyatına alınıb, - Trend -un məlumatına görə, bu barədə hökumətin ötən ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda bildirilib.

Son beş ildə Azərbaycanda 2600-dən çox mətbu nəşr dövlət qeydiyyatına alınıb.

Hesabatda həmçinin bildirilib ki, qeyri-kommersiya qurumlarının qeydiyyatı 2003-cü illə müqayisədə 2,4 dəfə artaraq 2008-ci ildə 242 olub, onların sayı isə cəmi 3200-ü ötüb.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən çox tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti