...

AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması Berlində müzakirə ediləcək - vitse-prezident

Cəmiyyət Materials 13 Mart 2009 19:00 (UTC +04:00)
AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması Berlində müzakirə ediləcək - vitse-prezident

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir E.Rüstəmov /

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması məsələsi Berlində müzakirə ediləcək, - cümə günü Trend -a Parisdən telefonla AŞ PA-nın vitse-prezidenti, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

"Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması ilə bağlı məsələ martın 23-də qurumun İnsan Haqları Komitəsinin Berlində keçiriləcək iclasının gündəliyinə salınıb", - Seyidov əlavə edib.

Trend -un arayışı: Rəsmi Bakı Azərbaycanda siyasi məhbuslar üzrə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) xüsusi məruzəçinin təyin olunmasına heç bir əsas görmür.

"Azərbaycanda siyasi məhbuslarla bağlı məsələ çoxdan həll olunub və həlli ilə bağlı kifayət qədər dəlil və sübutlar Avropa Şurası və onun institutlarına təqdim olunub. Azərbaycanın indi Avropa Şurası və ya digər beynəlxalq qurumun hər hansı bir məruzəçisi və ya xüsusi məsələlər üzrə ekspertinə ehtiyacı yoxdur", - öncə  Trend -a Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olarkən öz üzərinə siyasi məhbus probleminin həlli ilə bağlı öhdəlik götürüb. AŞPA Azərbaycanın bu öhdəliyi necə yerinə yetirdiyinə nəzarət etmək üçün xüsusi məruzəçi təyin edib. AŞPA-nın italiyalı deputatı Malkolm Bryus 2005-ci ilə qədər bu vəzifəni icra edib. O, həmin il İtaliyada keçirilən parlament seçkilərində deputat seçilməyib. Bundan sonra Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilməyib.

Ölkənin hüquq müdafiəçiləri 30 nəfərə yaxın şəxsin adı olan siyasi məhbus siyahısı hazırlayıb. Avropa Şurası bu siyahıda adı olanları siyasi məhbus kimi qəbul edib.

Rəsmi Bakı hesab edir ki, siyasi məhbuslarla bağlı məruzəçinin təyin olunması məsələsi AŞPA-da ayrı-ayrı deputatların Azərbaycanla bağlı arzu və istəyidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti