...

Novruz bayramı münasibətilə Bakıda atəşfəşanlıq olacaq

Cəmiyyət Materials 19 Mart 2009 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir K.Zərbalıyeva /

Novruz bayramı münasibətilə martın 21-də Bakıda Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Televiziyası ilə birgə konsert proqramı təşkil edəcək.

Bakı Şəhər İcra Hakimiyyətindən cümə axşamı Trend -a verilən məlumata görə, konsertdən sonra atəşfəşanlıq olacaq.

Bakı Şəhər İcra Hakimiyyəti bayram münasibətilə Azərbaycan xalqını təbrik edir və şəhər sakinlərini konsert proqramına dəvət edir.

Novruz - bir bayram kimi baharın gəlişi münasibətilə geniş miqyasda qeyd olunur və insanlara xoş ovqat bəxş edən təbiət hadisəsinə - qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.

Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla - Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 il hesab edirlər.

Qədim Vavilonada bu bayram Nisanın (mart, aprel) 21 günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə, bu 12 günün hər birinin öz ritualları (mərasim, ayin), öz əyləncələri mövcüd idi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə qeyd olunub.

Bayram münasibətilə martın 20-dən 29-dək Azərbaycanda qeyri-iş günüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti