...

Pakistanın şimal-qərbindəki partlayış nəticəsində ən azı 60 nəfər ölüb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 27 Mart 2009 15:33 (UTC +04:00)
Pakistanın şimal-qərbindəki partlayış nəticəsində ən azı 60 nəfər ölüb (ƏLAVƏ OLUNUB)

Cümə günü Pakistanın şimal-qərbində məscid yaxınlığında həyata keçirilmiş terror aktı nəticəsində ən azı 60 nəfər həlak olub, 100 nəfər isə yaralanıb", - Reuters agentliyi yerli hökümət orqanlarına istinadən xəbər verir", РИА Новости məlumat verib.

"İndiyə qədər biz 48 cəsəd saymışıq. 70 yaxın adam həlak ola bilərdi", - agentlik Hayber əyalətinin rəhbərliyinin nümayəndəsi Tariq Hayat Xanın sözlərini çatdırır.

Onun məlumatına görə, özünü partladan terrorçunun bu addımı nəticəsində daha 70 nəfər yaralanıb. Xanın sözlərinə görə, döyüşçü özünün ikimərtəbəli məsciddə partladıb. Bunun nəticəsində tikili tamamilə dağılıb.

Bir müddət əvvəl KİV daha bir terror aktının Əfqanıstan-Pakistan sərhəddindəki Camrud rayonundakı polis NBM-nin yaxınlığında baş verdiyini xəbər verirdi.

Polis nümayəndələri hesab edir ki, ölən və yaralananların sayı arta bilər.

Camrud rayonu Hayber rayon keçidinin yaxınlığında yerləşir. Məhz bu zona vasitəsilə Pakistan ərazisindən Əfqanıstanda ABŞ rəhbərliyi altında fəaliyyət göstərən xarici kontingent və NATO qüvvələri üçün tədarüklərin 80 faizi həyata keçirilir.

Qərb ekspertlərinin fikrincə, Əfqanıstanla həmsərhəd zonada yaşayan Hayber vilayətindəki qəbilələrdə "Əl-Kaida" beynəlxalq terror qruplaşması və "Taliban" hərəkatının bir çox döyüşçüləri məskunlaşıb.

CNN telekanalının son məlumatlarına görə, ölənlərin sayı 70, yaralıların sayı isə 90 nəfərə çata bilər.

Xəbər lenti

Xəbər lenti