...

Azərbaycan milli komandasının heyətinə 28 futbolçu cəlb edilib

Cəmiyyət Materials 20 Aprel 2009 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan milli komandasının heyətinə 28 futbolçu cəlb edilib.

Trend -un məlumatına görə, yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts bu gün başlayacaq təlim-məşq toplanışında iştirak edəcək futbolçuların siyahısında müəyyən dəyişikliklər edib.

Foqts millinin baş məşqçisi olduğu vaxt ərzində ilk dəfə milliləşən rusiyalı Daniel Axtyamovu komandaya çağırıb. Yığmada 6 matç keçirən 24 yaşlı hücumçu sonuncu dəfə 2005-ci il martın 31-də Nyukaslda keçirilən İngiltərə - Azərbaycan qarşılaşmasında (2:0) meydana çıxıb.

Türkiyə və Çində çıxış edən Rəşad Sadıqovla Branimir Subaşiç hazırlıqlara qatılmayacaq. Buna səbəb toplanışın FİFA-nın yığmalar üçün ayırdığı "pəncərə"yə daxil olmamağıdır. Bundan başqa, son toplanışlarda iştirak etməyən Aleksandr Çertoqanov, Tural Cəlilov, Tural Nərimanov, Zaur Tağızadə, Usim Nduka, Araz Abdullayev, Vladimir Levin və Zeynal Zeynalov yenidən yığmaya dəvət edilib.

Qapıçılar: Fərhad Vəliyev ("Qarabağ"), Rauf Mehdiyev ("Olimpik"), Səlahət Ağayev ("İnter").

Müdafiəçilər: Mahir Şükürov, Usim Nduka (hər ikisi "Olimpik"), Rail Məlikov ("Neftçi"), Sergey Sokolov ("Simurq"), Tural Nərimanov, Ernani Pereyra (hər ikisi "Karvan"), Saşa Yunisoğlu, Cəmşid Məhərrəmov (hər ikisi "Bakı"), Vladimir Levin, Samir Abbasov (hər ikisi "İnter").

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev ("Xəzər-Lənkəran"), Tural Cəlilov, Aleksandr Çertoqanov (hər ikisi "Simurq"), Elmar Baxşıyev, Araz Abdullayev, Zaur Tağızadə (hamısı "Neftçi"), Aqil Nəbiyev ("Olimpik"), Elvin Məmmədov, Cavid Hüseynov (hər ikisi "İnter"), Fabio Luis Ramim ("Bakı"), Zeynal Zeynalov ("Standard").

Hücumçular: Leandro Qomeş ("Olimpik"), Vüqar Nadirov ("Karvan"), Vaqif Cavadov ("Qarabağ"), Daniel Axtyamov ("Minsk" Belarus).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti