...

Azərbaycan gimnastı Dünya kubokunda bürünc medal qazanıb

Cəmiyyət Materials 20 Aprel 2009 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycanın bədii gimnastika lideri Aliyə Qarayeva Portuqaliyanın Portimao şəhərində keçirilən Dünya kuboku yarışında bürünc medal əldə edib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata əsasən, Qarayevanın ən yaxşı çıxışı final mərhələsində iplə hərəkətlərə təsadüf edib və gimnast 26.275 bal qazanıb.

Qarayevanı yalnız rusiyalı Yevgeniya Kanayeva və hazırkı olimpiya çempionu ukraynalı Anna Bessonova qabaqlayıb.

Lent və halqa ilə hərəkətlərdə Qarayeva 8-ci və 9-cu yerləri tutub. Çoxnövçülükdə isə azərbaycanlı gimnast 12-ci yerə layiq görülüb.

Turnirdə iştirak edən digər gimnastlarımız - Anna Qurbanova və Samirə Mustafayeva 49 iştirakçı arasında müvafiq olapraq 14 və 30-cu yerləri tutublar.

Azərbaycanın yaşlılardan ibarət qrup yığması 8 finalçılar siyahısının bir addımlığında dayanıb. Belə ki, onlar hər növ üzrə 9-cu yeri tutublar. Bu, keçənilki Olimpiadadan sonra yeni qaydalar üzrə komandanın ilk çıxışı idi. Qrup yarışlarında Yaponiya gimnastları əsl sensasiya nümayiş etdirərək qrup hərəkətlərində birinci yeri tutublar.

Portimaoda Dünya kuboku ilə yanaşı yeniyetmə qrup komandalarının çempionatı da keçirilir. Azərbaycan yeniyetmələri 7-ci yeri tutaraq yarışın final mərhələsinə çıxıblar. İlk üçlüyü isə Rusiya, Belarus və Bolqarıstan əldə edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti