...

Azərbaycan cüdoçuları Avropa çempionatında bir medalla kifayətləniblər

Cəmiyyət Materials 27 Aprel 2009 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir A.Hüseynbala /

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub. Yarışa 7 idmançı ilə qatılan Azərbaycan yığması bir medalla kifayətlənib. Təmsilçilərimiz çempionatın ilk iki günündə fəxri kürsüyə yüksələ bilməyiblər. Yalnız turnirin sonuncu günündə Elxan Məmmədov Azərbaycan cüdosunun nüfuzunu qoruyub.

90 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı həmvətənimiz Nikolas Brisson (Fransa) və İvan Remarenkonu (Moldova) məğlub edərək, 1/4 finala yüksəlib. Lakin onun yarımfinala gedən yolunu almaniyalı Mixael Pinske kəsib. Hər halda, Elxan təsəlliverici mərhələdə də yaxşı təsir bağışlayıb. O, ardıcıllıqla İvan Perşin (Rusiya) və David Alarzanı (İspaniya) üstələyərək, bürünc medala layiq görülüb. Ötən il Məmmədov Portuqaliyada keçirilmiş qitə birinciliyində ikinci yeri tutmuşdu.

Tbilisidə digər cüdoçularımız - Samir Dadaşzadə (60 kq), Ramil Qasımov (66 kq), Elçin Qasımov (73 kq), Elxan Rəcəbli (81 kq), Elmar Qasımov (100 kq) və Ramilə Usubova (63 kq) heç 1/4 finaladək irəliləməyi bacarmayıblar. Yekunda Azərbaycan 39 komanda arasında 22-ci pillədə qərarlaşıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti