...

Azərbaycanda su polosu üzrə beynəlxalq turnirə start veriləcək

Cəmiyyət Materials 2 May 2009 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir A.Hüseynbala /

Mayın 3-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr olunmuş su polosu üzrə beynəlxalq turnirə start veriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend -a bildirilib ki, mayın 7-nə kimi Quba Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə Gürcüstanın 2 komandası və Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin, Mərkəzi Ordu İdman Klubunun, həmçinin Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları iştirak edəcəklər.

Ümumilikdə yarışda 5 komanda mübarizə aparacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti