...

Azərbaycan və Slovakiya Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Cəmiyyət Materials 13 May 2009 10:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir K.Zərbalıyeva /

Bakıda çərşənbə axşamı Azərbaycan və Slovakiya Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, memerandum  Slovakiya Respublikası Baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabinin Azərbaycana səfəri çərçivəsində imzalanıb.

Mərasimdə çıxış edən nazirlər dövlətlərimiz arasında hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsində bu sənədin rolunu qeyd edərək, ədliyyənin mühüm istiqamətləri üzrə qarşılıqlı fəaliyyəti dəstəkləyəcəklərini vurğulayıblar.

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov qonağa həyata keçirilən ədliyyə və məhkəmə orqanlarının müasirləşdirilməsinə dair işlər barədə ətraflı məlumat verib, ölkələrimiz arasında hüquq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu bildirib.

Harabin ölkəsində də islahatların aparıldığını, bu sahədə təcrübə və fikir mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib və azərbaycanlı həmkarını Slovakiyaya səfərə dəvət edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti