...

Azərbaycanda istintaq təcridxanasında saxlanılan şəxs qanunsuz tutulmasından Ombudsmana şikayət edib

Cəmiyyət Materials 14 May 2009 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda istintaq təcridxanasında saxlanılan şəxs qanunsuz saxlanılmasından Ombudsmana şikayət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, Aparatın əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına baxış zamanı müəssisədə aclıq edən Hünər Cəfərovla görüşüb.

Cəfərov aclıq etməsinin səbəbini tutulmasının qanunsuzluğu ilə əlaqələndirib və bildirib ki, gömrük orqanları tərəfindən barəsindəki cinayət işinin istintaqı düzgün aparılmayıb və əməli Cinayət Məcəlləsindəki 234-cü maddə ilə düzgün tövsif edilməyib.

Aparatın əməkdaşları ona aclığı dayandırmağı tövsiyə edib və bildiriblər ki, onun barəsindəki cinayət məhkəmə icraatında olduğundan həmin məsələ Ombudsmanın səlahiyyətlərinə aid deyil

Aclıq edənin vəziyyətinin, səhhətinin diqqətdə və həkim nəzarətində saxlanılması, həmçinin müəssisədə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti