...

Azərbaycanda baş redaktor polislər tərəfindən saxlanılıb (YENİLƏNİB)

Cəmiyyət Materials 25 May 2009 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda baş redaktor polislər tərəfindən saxlanılıb.

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı Trend -a bildirib ki, bu gün Nərimanov rayon yol polisi şöbəsinin əməkdaşı Mehdi Səlimov qəzetin əməkdaşının avtomobilini saxlayıb.

Zeynallı polislə jurnalistin söhbətinə müdaxilə edərək vəsiqəsini təqdim edib.

"Bundan sonra Səlimov "bütün jurnalistləri, baş redaktorları sındırmaq lazımdı, həmçinin səni də" deyərək Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə getməyimizi tələb etdi", - deyə baş redaktor vurğulayıb.

Zeynallı bildirib ki, ondan vəkili olmadığı halda izahat alınıb.

DYP əməkdaşı Səlimov isə polisə şikayətində baş redaktor tərəfindən təhqir olunduğunu bildirib.

Baş redaktor bildirib ki, barəsində həbs qərarı çıxarılması üçün yaxın saatlarda Nərimanov rayon məhkəməsinə aparılacaq.

Nərimanov RPİ-nin 17-ci polis bölməsinin rəis müavini Zaur Kazımov Trend -a bildirib ki, qəzet əməkdaşları polisə tabeçilik göstərməyib.

Saxlanılan şəxslər barədə İnzibati Xətalar Məcəlləsinin 315-ci maddəsi ilə protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti