...

Nazir Azərbaycanda futbol totalizatorunun leqallaşdırılmasının tərəfdarıdır

Cəmiyyət Materials 30 May 2009 12:16 (UTC +04:00)
Nazir Azərbaycanda futbol totalizatorunun leqallaşdırılmasının tərəfdarıdır

Azərbaycan, Bakı, 30 may / Trend , müxbir E.İsmayılov /

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda futbol totalizatorunun leqallaşdırılmasının tərəfdarıdır.

"Totalozatordan əldə olunan gəlir futbolun inkişafına yönəldilə bilərdi", - Rəhimov şənbə günü jurnalistlərə deyib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti futbol totalizatorunun leqallaşdırılmasının tərəfdarıdır.

Azərbaycanda totalizatorların fəaliyyəti qanunvericiliklə qadağan olunub. Ancaq Azərbaycanın istənilən yerində, xüsusilə də Bakıda, Gəncədə, Sumqayıtda və Lənkəranda qeyri-rəsmi totalizatorlar geniş fəaliyyət göstərir və onların gəlirləri təşkilatçıların cibinə axır.

AFFA prezidenti Rövnəq Abdullayev də futbol totalizatorunun leqallaşdırılması tərəfindən çıxış edir. Abdullayev hesab edir ki, futbol totalizatorları qanuniləşdirilməli və ondan əldə olunan gəlir futbolun inkişafına yönəldilməlidir.

"Bu təcrübə dünyanın başqa ölkələrində də var", - bir müddət əvvəl Abdullayev jurnalistlərə demişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti