...

Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi istefaya göndərilib

Cəmiyyət Materials 3 İyun 2009 15:28 (UTC +04:00)

Azərbaycan, Bаkı, 03 iyun / Trend , müxbir A.Hüseynbala /

Türkiyənin "Qalatasaray" futbol klubunun rəhbərliyi baş məşqçı Bülənt Qorxmazın istefaya göndərilməsi haqda qərar verib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, Qorxmazın istefaya göndərilməsinin səbəbi keşmiş kapitanın baş məşqçi kimi komandanın mövsümü uğursuz nəticə ilə başa vurması ilə bağlıdır.

Qorxmaz fevralın 24-də almaniyalı Mixael Skibbe baş məşqçilikdən uzaqlaşdırılandan sonra bu vəzifəyə təyin olunmuşdu. "Qalatasaray"ın əfsanəvi keçmiş kapitanı baş məşqçi kimi komandanı Türkiyə superliqasında 12, UEFA kuboku yarışlarında 3 oyuna çıxarıb. Bu oyunlarda 7 qələbə, 4 heç-heçə və bu qədər də məğlubiyyət qeydə alınıb.

Nəticədə "Qalatasaray" mövsümün sonunda yalnız beşinci yeri tuta bilib. Buna baxmayaraq, klubun rəhbərliyi Qorxmaza xidmətlərinə görə təşəkkürünü bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti