...

Cənubi Qafqazda medianın vəziyyəti Strasburqda müzakirə olunacaq

Cəmiyyət Materials 9 İyun 2009 04:37 (UTC +04:00)

Fransa, Strasburq, 9 iyun/ Trend , müxbir A. Məhərrəmli/ Cənubi Qafqazda media layihələrinin dəyərləndirilməsinə dair 9-10 iyun tarixlərində Strasburqda Avropa Şurasının xətti ilə iki günlük iclas keçiriləcək. Bu barədə Trend -a Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən məlumat verilib.

 İclasda uç Cənubi Qafqaz ölkəsinin nümayəndələri iştirak edəcək. Azərbaycan nümayəndə heyətinin tərkibinə Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, həmin şöbənin Mətbuat və İnformasiya orqanlaı ilə iş sektornun müdiri Vüqar Əlyev, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Demokratik Jurnalistlər Liqasının  sədri Yadigar Məmmədli, "İnternews Azərbaycan" təşkilatının baş direktoru İlham Səfərov, Zerkalo qəzetinin baş redaktoru Elçin Şıxlı, Qafqaz Media Mərkəzinin sədri Sevil Nuriyeva, "İREX Azərbaycan"ın nümayəndələri, Qadın Jurnalistlər Birliyinin sədri Sevinc Mirzəyeva və digər media nümayəndələri və ekspertlər daxildir.
 
AŞ İnsan Haqları və hüquqi məsələlər Baş Direktorluğunun rəhbəri Filip Boya, Avropa Komissiyasının AŞ yanında nümayəndəsi Luizella Pavan-Volf, AŞ İnsan hüquqları və hüquqi məsələlər Baş Direktorluğunun Hüquqi və insan hüquqları üzrə imkan quruculuğu şöbəsinin əməkdaşları, media üzrə yerli ekspetlərin də iştirak etdiyi iclasda ifadə, informasiya və mətbuat azadlığı sahəsində AŞ-nin standartları və Cənubi Qafqazda bu standartların təşviq edilməsində qurumun İnsan hüquqları və hüquqi məsələlər Baş Direktorluğunun Hüquqi və insan hüquqları üzrə imkan quruculuğu şöbəsinin gördüyü işlər, bu sahədə qarşıya qoyulan məqsədlər və çağırışlar, üç iştirakçı ölkə təmsilçilərinin bu sahədə individual töhfələri, eləcə də onların ayrı-ayrılıqda  media sahəsində əməkdaşlıq və yardım fəaliyyətləri üzrə prioritetləri kimi məsələlər müzakirələrin əsas mövzusu olacaq.
 

Xəbər lenti

Xəbər lenti