...

Azərbaycanda Şahmat Sarayı tikiləcək

Cəmiyyət Materials 9 İyun 2009 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycanda Şahmat Sarayı tikiləcək.  

"2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişafı üzrə Dövlət Proqramı digər tədbirlərlə yanaşı Şahmat sarayının tikintisini də nəzərdə tutur", - çərşənbə axşamı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov dövlət proqramının təqdimat mərasimində çıxış edərkən deyiblər.

"Şahmat sarayında turnirlər və məşqlər üçün zallar, üzgüçülük hovuzu, kort, yeməkxana və b. olacaq", - Rəhimov bildirib. - Bu saray şahmatçılar üçün ikinci evə çevrilməlidir".

"Şahmat sarayı bu idman növünün Azərbaycanda inkişafının əlaqələndirici bəndi olacaq", - Rüstəmov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti