...

Bütün təhsil müəssisələrində təhlükəsizliklə bağlı xərclər gələn ilin dövlət büdcəsinə daxil ediləcək - nazir

Cəmiyyət Materials 11 İyun 2009 14:00 (UTC +04:00)
Bütün təhsil müəssisələrində təhlükəsizliklə bağlı xərclər gələn ilin dövlət büdcəsinə daxil ediləcək - nazir

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir C.Babayeva /

"Bütün təhsil müəssisələrində təhlükəsizliklə bağlı xərclər gələn ilin dövlət büdcəsinə daxil ediləcək", - təhsil naziri Misiri Mərdanov jurnalistlərə deyib.

"Bütün təhsil müəssisələri dövlət tərəfindən qorunacaq, bütün təhsil sahəsi işçiləri və tələbələr təhlükəsizliklərinin təmin olunacağına əmin olmalıdırlar", - nazir bildirib.

"Maliyyə vəsaitlərinin çatışmazlığı səbəbindən TN hələ ki, bütün təhsil müəssisələrinin təhlükəsizliyini təmin etmək iqtidarında deyil", - nazir qeyd edib.

"Qısa müddət ərzində bütün təhsil müəssisələrinin təhlükəsizliyini təmin etmək mümkün deyil", - Mərdanov bildirib. Onun sözlərinə görə, yeni dərs ilindən etibarən nazirlik təhsil müəssislərinin mühafizəsini gücləndirəcək.

Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb, 13-ü yaralanıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti