...

Azərbaycanın avarçəkmə üzrə yeniyetmə və gənclərdən ibarət milli komandası beynəlxalq yarışlara hazırlaşır

Cəmiyyət Materials 12 İyun 2009 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın avarçəkmə üzrə (kayak növü) yeniyetmə və gənclərdən ibarət milli komandasının almaniyalı yeni baş məşqçisi Yohan Tsükle idmançılarımızı üç mötəbər yarışa hazırlayacaq.

"İlk yarış iyun ayının 25-28-də Almaniyanın Brandenburq şəhərində keçiriləcək kayak və kanoe üzrə böyüklər arasında Avropa çempionatıdır. Qitə çempionatında kanoeçilərimizdən Valentin Demyanenko 1 nəfərlik, Sergey Bezuqlıy - Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqlarda mübarizə aparacaqlar. Çempionatda ölkəmiz kayak növündə də təmsil olunacaq. Almaniyaya Ramil Məmmədov yollanacaq", - cümə günü Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildirilib.

İyulun 16-19-da isə yeniyetmə və gənclərdən ibarət yığma komandamız kayak və kanoe üzrə Avropa çempionatına qatılacaq. Nəhayət, kayak və kanoeçilərimiz iyulun 31-dən avqustun 2-dək Rusiya paytaxtı Moskvada keçiriləcək dünya çempionatında mübarizə aparacaqlar. Bu yarış 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Tsükle deyib ki, kayakçıların Azərbaycanı layiqincə təmsil etmələri üçün bütün imkanlar səfərbər edilib. "Ümid edirik ki, əziyyətimiz hədər getməyəcək. Həm də bu yarışların nəticələrinə əsasən, mənim Azərbaycan millisində qalıb-qalmayacağım müəyyənləşəcək", - baş məşqçi əlavə edib.

Yohan Tsükle uzun müddət Almaniyanın yığma komandasında və klublarında məşqçi kimi çalışıb. Son illərdə isə İranda və Çində baş məşqçi işləyib

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti