...

Azərbaycanda dini fəaliyyətin nizamlanmasına zərurət var – Prezident Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 13 İyun 2009 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun / Trend , müx. C.Babayeva /

Azərbaycanda dövlət dinlə bağlı məsələlərə müdaxilə etmir, lakin ölkədə dini fəaliyyətin tənzimlənməsinə ehtiyac var, şənbə günü Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov jurnalistlərə bildirib.

"Hər bir ölkədə dini fəaliyyət tənzimlənir. Azərbaycanda vətəndaşların "vicdan azadlığı" hüququ tamamilə azaddır və "dini etiqad azadlığı haqqında" qanuna edilmiş dəyişikliklərin bu hüquqa aidiyyatı yoxdur. Qanuna edilmiş dəyişikliklər dini fəaliyyətin tənzimlənməsi və qayda-qanunun yaradılmasına xidmət edir. Bu normal haldır", - Həsnov bildirib.

Edilmiş dəyişikliklərə müvafiq olaraq, Azərbaycanda fəaliyyət göstərən dini icmalar ilin sonuna qədər yenidən dövlət qeydiyyatından keçməlidirlər.

Hazırda qeydiyyatdan keçən dini qurumların sayı 534-dür. Onlardan 156-sı son iki ildə qeydiyyatdan keçib. Qurumlardan 155-i islam, 1-i Sumqayıt şəhər Kübar yəhudilər dini icması qeyri-islam təmayüllüdür.

Qeydiyyatdan keçən 534 dini icmadan 32-si qeyri-islam təmayüllüdür.

Xəbər lenti

Xəbər lenti