Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir H.Bağırov /
Azərbaycanda dələduzluqda ittiham olunan iş adamına hökm oxunub.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən cümə günü Trend -a verilən məlumata görə, "GEN" MMC-nin rəhbəri Elbrus Əliyevdən dələduzluq yolu ilə pul mənimsəyən iş adamı Xanlar Müseyib oğlu Əliyevə 9 il azadlıqdan məhrumetmə cəzası verilib.
Xanlar Əliyev Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmə (178.3.2-ci) maddəsi ilə ittiham olunur. İttihama görə, Xanlar Əliyev "GEN" MMC-nin rəhbəri Elburus Əliyevdən dələduzluq yolu ilə 80 min ABŞ dolları alaraq mənimsəyib.
Onlar Zabrat və Maştağa qəsəbələrində fermer təsərrüfatı yaratmaq barədə razılığa gəlib və bu məqsədlə Elbrus Əliyev Xanlar Əliyevə 80 min ABŞ dolları verib. Lakin Xanlar Əliyev həmin pulu mənimsəyib.
Əliyev ötən ilin oktyabrında Bakı Şəhər Baş polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, "GEN" MMC-ni yaradan şəxslərdən biri olub və Elbrus Əliyevlə şərik işləyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]