...

Azərbaycanın təhsil naziri beynəlxalq olimpiada mükafatçılarının ali təhsil müəssisələrinə imtahansız qəbulunu müsbət qiymətləndirir

Cəmiyyət Materials 22 İyun 2009 15:25 (UTC +04:00)
Azərbaycanın təhsil naziri beynəlxalq olimpiada mükafatçılarının ali təhsil müəssisələrinə imtahansız qəbulunu müsbət qiymətləndirir

Azərbaycan, Bakı, 22 iyun / Trend , müx Z.Əhmədova /

"Təhsil haqqında" yeni qanunun maddələrindən birinə görə, riyaziyyat, kimya, fizika, biologiya və informatika fənləri üzrə beynəlxalq olimpiadalarda mükafat qazanmış məktəblilər qeyd olunan fənn ixtisasları üzrə Azərbaycanın ali təhsil müəssisələrinə imtahansız qəbul olunmalıdır və bu ictimai rezonansa səbəb olmamalıdır, bazar ertəsi təhsil naziri Misir Mərdanov deyib.

"Beynəlxalq olimpiadalarda mükafat qazanmış məktəblilərin ölkənin ali təhsil müəssisələrində pulsuz təhsil alması ilə fəxr edəcəyik", - o bildirib.

Mərdanovun sözlərinə görə, mükafatçılar olimpiadada içtirak etdikləri ixtisaslar üzrə pulsuz və imtahan vermədən təhsil alacaqlar. "Onlar digər ixtisaslar üzrə imtahansız təhsil ala bilməzlər", - nazir deyib.

Azərbaycan Milli Məclisi (parlament) cümə günü üçüncü oxunuşda "Təhsil haqqında" yeni qanunu qəbul edib.

"Qanunda edilmiş dəyişikliklərə müvafiq olaraq, özəl ali təhsil müəssisələrinin sahiblərinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb və xarici hüquqi və fiziki şəxslər Azərbaycanda ali təhsil müəssisələrinin təsisçiləri ola bilərlər. Dövlət ali təhsil müəssisələrinə müddətsiz, özəl və bələdiyyə təhsil müəssisələrinə 5 il müddətinə lisenziya veriləcək. Azərbaycanda xarici fiziki və ya hüquqi şəxs tərəfindən ali təhsil müəssisəsi yaradıldığı halda, təhsil müəssisəsi rəhbərinin müavini Azərbaycan vətəndaşı olmalıdır. Tələbələrin və müəllimlərin 80 faizi Azərbaycan vətəndaşı olmalıdır", - bir müddət əvvəl parlamentin Elm və təhsil komitəsinin rəhbəri Şəmsəddin Hacıyev iclas zamanı bildirib.

Azərbaycanın "Təhsil haqqında" qanunu 1992-ci ildə qüvvəyə minib. Milli Məclis 1995-ci ildə yeni qanunun hazırlanmasına başlasa da, qanun 14 il ərzində qəbul olunmayıb. Əvvəllər qanuna əsasən, ali təhsil müəssisələri yalnız dövlət və özəl ola bilərdi.

Xəbər lenti

Xəbər lenti