...

Azərbaycanın jurnalistika tarixində qadın jurnalistlərin xidmətləri böyükdür – Milli Məclisin deputatı

Cəmiyyət Materials 15 İyul 2009 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , A.Hüseynbala /
Azərbaycanın Jurnalist Qadınlarının I Ümumrespublika Forumu keçirilib.

Azərbaycan parlamentinin üzvü jurnalistika tarixində qadın jurnalistlərin müstəsna xidmətləri olduğunu düşünür.

"Jurnalistika çöx çətin peşə olsa da, bu sahədə çalışan qadınlar böyük məsuliyyəti üzərlərinə götürüblər", - Trend -un məlumatına görə, çərşənbə günü Azərbaycan Jurnalist Qadınlarının I Ümumrespublika Forumunda Milli Məclisin üzvü Qənirə Paşayeva bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Paşayevanın sözlərinə görə, jurnalist qadınların əsas missiyası ədaləti qoruyub saxlamaqdır: "Mən arzu edərdim ki, mətbuatın və telekanlların da idarə olunmasında qadınların sayı çox olsun", - millət vəkili əlavə eidb.

"Qadın jurnalistlərin milli mətbuatımızın tarixində rolu və xidmətləri kifayət qədər böyükdür", - tədbirdə çıxış edən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova bildirib.

Onun fikrincə, indiki dövrdə müxtəlif kütləvi informasiya vasitələrində çalışan qadınlar yüksək peşəkarlıq nümayiş etdirirlər.
"Azərbaycanda mətbuatın inkişafına, jurnalistikanın özünütənzimləmə prinsipinə böyük diqqət göstərilir", - forumda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev vurğulayıb.

Əliyevin sözlərinə görə, Azərbaycanda yaradılan Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondu müstəqil kütləvi informasiya vasitələrinin güclənməsinə təkan verəcək.

"Azərbaycan mətbuatı inkişaf edir, bu prosesdə qadın jurnalistlərimizin xüsusi xidmətləri var", - Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Onun sözlərinə görə, indi ölkədə qadın jurnalistlərin sayı bu sahədə çalışan kişilərlə az qala bərabər saydadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti