...

Bolqarıstan polisi azərbaycanlı futbol azarkeşlərini narahat olmamağa çağırıb

Cəmiyyət Materials 4 Avqust 2009 17:24 (UTC +04:00)
Məlumatda bildirilir ki, oyun günü stadionda və onun ətrafında ciddi təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Azarkeşlər stadiondakı 16 giriş-çıxışda yoxlanıldıqdan sonra içəri buraxılacaq. «Ölkə polisi Daxili İşlər Nazirliyinin digər xüsusi təyinatlıları ilə birgə Sofiya şəhərində «Levski» - «Bakı» oyununa görə ictimai asayişi pozan bütün ciddi qanun pozuntularına, vandallığa qarşı sərt addımlar həyata keçirəcək» məlumatda qeyd olunub.
Bolqarıstan polisi azərbaycanlı futbol azarkeşlərini narahat olmamağa çağırıb

Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir F.Hüseynli /

Bolqarıstan polisi sabah keçiriləcək "Levski" - "Bakı" oyununa ciddi hazırlıq görüb. Trend -un Bolqarıstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, oyun günü stadionda və onun ətrafında ciddi təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Azarkeşlər stadiondakı 16 giriş-çıxışda yoxlanıldıqdan sonra içəri buraxılacaq.

"Ölkə polisi Daxili İşlər Nazirliyinin digər xüsusi təyinatlıları ilə birgə Sofiya şəhərində "Levski" - "Bakı" oyununa görə ictimai asayişi pozan bütün ciddi qanun pozuntularına, vandallığa qarşı sərt addımlar həyata keçirəcək", - məlumatda qeyd olunub.

Daxili İşlər Nazirliyi matçı izləməyə gələn azərbaycanlı qonaqları narahat olmamağa çağırıb. Məlumatda bildirilib ki, stadiona sərxoş şəxslər, həmçinin yanında yaxınları və valideynləri olmayan yetkinlik yaşına çatmayan uşaqlar buraxılmayacaq. Həmçinin stadiona soyuq silah, çətir və şüşə qabların keçirilməsi qadağan edilib. Sofiya polisi yerli azarkeşləri təxribata uymamağa, onları asayişi qorumağa çağırıb.

Bu günlərdə azərbaycanlı futbol azarkeşlərinin Sofiyada mümkün təxribatlarla üzləşəcəyi barədə ehtimallar irəli sürülür. Bu ehtimallarda bolqarıstanlı azarkeşlər ingilis fanatlarla müqayisə edilir. Ona görə də Sofiyaya gələn azarkeşlərimizin təxribatlarla üzləşəcəyi barədə fikirlər səslənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti