...

Azərbaycanda həbs olunmuş gənclər təşkilatının rəhbəri həbsdən azad edilib

Cəmiyyət Materials 6 Avqust 2009 11:07 (UTC +04:00)
Azərbaycan məhkəməsi həbs olunmuş gənclər təşkilatının rəhbərini həbsdən azad edib.
Azərbaycanda həbs olunmuş gənclər təşkilatının rəhbəri həbsdən azad edilib

Azərbaycan, Bakı, 06 avqust / Trend , muxbir K.Zərbalıyeva /


Azərbaycan məhkəməsi həbs olunmuş gənclər təşkilatının rəhbərini həbsdən azad edib.
Bakı Apellyasiya Məhkəməsində cümə axşamı keçirilən prosesdə  "Hədəf" Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlunun barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi bir aylıq həbs qərarı ləğv olunub və o, məhkəmənin qərarı ilə həbsdən azad edilib.
Şakiroğlu hərbi xidmətdən yayınmaqda ittiham olunur və onun barəsində Cinayət Məcəlləsinin hərbi xidmətdən yayınma (321.1) maddəsi ilə cinayət işi açılıb.
Təşkilat rəhbəri avqustun 3-də Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və həmin gün rayon məhkəməsi barəsində həbs qərarı çıxarıb.



Məqalə muəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti