Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir V.Javoronkova /
Avropa Şurası Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkədə ətraf mühitin qorunması ilə bağlı proqram həyata keçirir. Bu barədə təşkilatın məlumatında deyilir.
2011-ci ilin sonuna kimi davam edəcək proqram "Zümrüd şəbəkəsi"nin bir hissəsi olacaq ətraf mühitin qorunmasına yönəlib.
"Zümrüd şəbəkəsi" Avropa təbiətinin və ətraf mühitinin qorunması haqqında konvensiyaya (Bern konvensiyası) müvafiq olaraq təsis edilib və mühafizə edilən milli rayonlar şəbəkəsinin yaradılmasına yardım edir. Bu bütün razı tərəflərə və konvesiyaya müvafiq olaraq müşahidəçi dövlətlərə aiddir.
Birgə proqram çərçivəsində şəbəkənin yaradılmasında iştirak edən ölkələr siyahısına həmçinin Ermənistan, Belarus, Gürcüstan, Moldova, Rusiya və Ukrayna daxildir.
Azərbaycanın vəzifəsi ölkənin xüsusiyyətini və ətraf mühitin tiplərini təqdim edən rayonları Bern konvensiyasının tövsiyələri və qətnamələrinə əsasən seçməkdir. Azərbaycan layihənin sonunadək bütün potensial sahələri aşkar etməlidir. Elmi iclas formasında "Zümrüd şəbəkəsi" üçün potensial yerlərə baş çəkilməsi ilə keçiriləcək milli seminar avqustun 11-13-də həyata keçiriləcək.
Bu proqramı Avropa İttifaqı maliyyələşdirir və Avropa Şurası həyata keçirir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]