...

Azərbaycanlı generalın qətli ilə bağlı həbs olunan hərbçilərdən biri azadlığa buraxılıb

Cəmiyyət Materials 10 Avqust 2009 12:25 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarındakı mənbədən bazar ertəsi Trend News-a verilən məlumata görə, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının rəhbəri Rail Rzayevin qətlindən sonra həbs olunmuş polkovnik-leytenant Fuad Ağarzayev şənbə günü Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.
Azərbaycanlı generalın qətli ilə bağlı həbs olunan hərbçilərdən biri azadlığa buraxılıb

Azərbaycan, Bakı, 10 avqust / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycanlı generalın qətli ilə bağlı həbs olunan hərbçilərdən biri də azadlığa buraxılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbədən bazar ertəsi Trend -a verilən məlumata görə, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının rəhbəri Rail Rzayevin qətlindən sonra həbs olunmuş polkovnik-leytenant Fuad Ağarzayev şənbə günü Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbsdən azad edilib. Mənbə bildirib ki, onun barəsindəki həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam tədbiri ilə dəyişdirilib.

Rzayev fevralın 11-də, saat 07.30 radələrində Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədəki evindən 300-400 metr aralıda, İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 saylı orta məktəbin yaxınlığında odlu silahdan açılan bir atəşlə qətlə yetirilib. Qətllə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən CM-in tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə (120.2.5) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə (228-ci) maddələri ilə cinayət işi başlanıb.

Hadisədən bir müddət sonra generalın qətlinə görə 8 nəfər həbs olunub. Ağarzayev Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında vəzifədə işləyib. Mənbə həbsdən azad olunmasının təfərruatları barədə ətraflı məlumat verməyib. Bir müddət öncə bu işlə əlaqədar həbs olunmuş Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Tibb Xidməti rəisi, polkovnik-leytenant Natiq İbayev və Hərbi Hava Qüvvələrinin digər zabiti, kapitan Ramin Nağıyev də Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbsdən azad ediliblər.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti