...

TREND İnformasiya Agentliyi "Qızıl Buta" mükafatına layiq görülüb

Cəmiyyət Materials 18 Avqust 2009 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir K.Zərbalıyeva /

TREND İnformasiya Agentliyi dolğun informasiyanın operativ yayımında xidmətlərinə görə "Qızıl Buta" mükafatına layiq görülüb.

"Dünya Azərbaycanlıları" İcrimai Mərkəzinin təşkilatçılığı ilə çərşənbə axşamı keçirilən tədbirdə qeyd olunub ki, TREND İnformasiya Agentliyi bu ilin altı ayının yekunlarına dair respondentlər arasında keçirilən sorğu əsasında "Qızıl Buta" mükafatına layiq görülüb.

1995-ci ildə Azərbaycanda yaradılmış TREND özəl informasiya agentliyi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür. TREND Azərbaycan, Qafqaz və Mərkəzi Asiyada iri xəbər agentliklərindən biridir.

TREND-in tərəfdaşları sırasında Dow Jones, Deutsche Press Agentur (Almaniya), Xinhua (Çin), Cihan (Türkiyə), Mehr (İran), RİA Novosti, RosBusinessConsulting (Rusiya), Afghan Voice Agency (Əfqanıstan), Kavkaz-press (Gürcüstan), Belarus Teleqraf Agentliyi, "Hovar" Tacikistan Dövlət Agentliyi, "Ukrinform" Ukrayna Dövlət Agentliyi və digər strukturlar var.

"Dünya Azərbaycanlıları" İctimai Mərkəzi 2004-cü ildə yaradılıb.

Buta Azərbaycanın milli arlamentidir və ölkəmizə aid dəyərlərin, mədəniyyətin tacı olub.

"Qızıl Buta" mükafatının təsis edilməsində məqsəd Azərbaycanın inkişafı üçün çalışan insanları dəyərləndirməkdir. Bu mükafat ölkənin bütün sahələrinin inkişafı ilə bağlı təqdim edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti