...

Azərbaycanın Klimancaro dağına ilk ekspedisiyası 25 min manata başa gəlib

Cəmiyyət Materials 21 Avqust 2009 14:12 (UTC +04:00)
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın Klimancaro dağına ilk ekspedisiyası 25 min manata başa gəlib.
Azərbaycanın Klimancaro dağına ilk ekspedisiyası 25 min manata başa gəlib

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir C. Babayeva /

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın Klimancaro dağına ilk ekspedisiyası 25 min manata başa gəlib.

"Maliyyələşmə dövlət hesabına yox, Hava və Ekstremal İdman Növləri Federasiyasının özəl mənbələri hesabına həyata keçirilib", - Bağırov deyib.

Ekologiya və təbii sərvətlər naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun rəhbərliyi altında Klimancaro dağğına təşkil edilən ilk ekspedisiya 16 avqust tarixində Uhuru zirvəsinə qalxmaqla başa çatıb (5895 m, Afrikada ən yüksək dağ zirvəsi). Ekspedisiya 7 gün davam edib. Ekspedisiya "Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli" şüarı altında həyata keçirilib.

Nazir qeyd edib ki, azərbaycanlıların Klimancaro dağına ilk ekspedisiyası böyük siyasi və elmi əhəmiyyət daşıyır.

"Digər ölkələrin ekspedisiya üzvləri azərbaycanlılara heyran qalmışdılar. Azərbaycanlılar dünyada ekstremallar kimi tanınacaqlar. Klimancarodan götürülən bioloji və geoloji nümunələr təhlil ediləcək və nəticələr elan olunacaq. Afrika kolleksiyası Bakı Dövlət Universitetinin muzeyində nümayiş etdiriləcək", - Bağırov deyib.

2008-ci ilin dekabr ayında "Azərbaycan-Antarktida" adlı ilk ekspedisiya qrupu materikin ən yüksək zirvəsini - Vinson daglarını fəth edib (5140 m). Həmin ekspedisiya 250 min manata başa gəlib.

Məqalənin müəllifi ilə əlaqə ünvanı [email protected]

Xəbər lenti

Xəbər lenti