...

Səudiyyə Ərəbistanında ilk nüvə elektrik stansiyası tikiləcək

Cəmiyyət Materials 21 Avqust 2009 19:28 (UTC +04:00)

Səudiyyə Ərəbistanı ilk nüvə elektrik stansiyasını tikməyi planlaşdırır. Bu barədə "əl-Vətən" qəzeti Səudiyyə Ərəbistanının energetika naziri Abdulla əl-Hüseynə istinadən məlumat verib.

ABŞ Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında sülh məqsədi ilə nüvə enerjisinin inkişafı sahəsində razılaşmanı bəyənib.

"İsrail Səudiyyə Ərəbistanı nazirinin bəyanatına dair rəsmi mövqeyini bildirməyib", - "Jerusalem Post" qəzeti məlumat verib.

Son iki il ərzində Fars körfəzinin ərəb ölkələri, eləcə də Mərakeş, Liviya, İordaniya və Misir onun hərbi məqsədlərlə istifadəsini çıxmaqla, nüvə proqramının inkişafında maraqlı olduqlarını bildiriblər.

Səudiyyə Krallığının bəyanatı ABŞ, Aİ və İsrailin nüvə silahının yaradılması məqsədi ilə nüvə texnologiyasının hazırlanması cəhdinə görə İran rəhbərliyinin ünvanına ittiham fonunda səsləndirilib.

İsrailin rəsmi şəxsləri Səudiyyə Ərəbistanının nüvə elektrik stansiyasını tikməsinə dair narahatlıqlarını bildirməyiblər. Çünki ər-Riyad atom enerjisi üzrə beynəlxalq agentlik proqramı çərçivəsində Vaşinqtonla əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti