Azərbaycan, Bakı, 25 avqust / Trend , muxbir F.Hüseynli /
Azərbaycanın futbol klubunun rəsmisi qaydaları pozduğu üçün cəzalandırılıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki,
İntizam Komitəsinin qərarı ilə XVIII Azərbaycan Premyer Liqasının II turunun "Xəzər-Lənkəran" - "İnter" matçının 36-cı dəqiqəsində "Xəzər-Lənkəran" klubunun rəsmisi Səməd Mustafayev hakimlərə mane olduğuna görə texniki zonadan uzaqlaşdırıldığı üçün bir oyunluq cəzalandırılıb, klub isə 2000 (iki min) manat cərimə olunub.
Oyunun 86-cı dəqiqəsində "Xəzər-Lənkəran" klubunun 19 nömrəli futbolçusu Konstantin Canbazov formasını çıxartdığına görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalandırılıb, klub isə 200 (iki yüz) manat cərimə olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]