...

İran may ayından etibarən uranın zənginləşdirilməsini azaldıb

Cəmiyyət Materials 25 Avqust 2009 17:21 (UTC +04:00)
İran may ayının sonundan etibarən Natanzadakı nüvə poliqonunda uranın zənginləşdirilməsi üzrə sentrifuqların kəmiyyətini artırmayıb. Ölkə son üç il ərzində onların sayını mütəmadi olaraq artırıb.
İran may ayından etibarən uranın zənginləşdirilməsini azaldıb

İran may ayının sonundan etibarən Natanzadakı nüvə poliqonunda uranın zənginləşdirilməsi üzrə sentrifuqların kəmiyyətini artırmayıb. Ölkə son üç il ərzində onların sayını mütəmadi olaraq artırıb. Bu barədə Reuters diplomatlara istinadən xəbər verir.

İş tempinin belə aşağı salınmasının səbəbi aydın deyil. Bu gecikmə İranda seçkisonrası iğtişaşlar, Tehrandakı nüvə enerji agentliyində rəhbərliyin dəyişdirilməsi və mübahisəli nüvə proqramı səbəbindən böyük ölkələrin İrana qarşı daha ciddi sanksiyalar tətbiq etmək planları ilə üst-üstə düşdü.

MAQATE İranla bağlı son məruzəsində bildirib ki, mayın 31-nə olan vəziyyətə görə, zənginləşdirmə üzrə Natanzadakı yeraltı zavodda 5000-dən bir qədər çox sentrifuq fəaliyyətdə olub. MAQATE-nin növbəti məruzəsi bu həftənin sonunda dərc olunmalıdır.

Xəbər lenti

Xəbər lenti