...

ABŞ və İsrail yəhudi qəsəbələri ilə bağlı məsələni həll etməyə çalışır

Cəmiyyət Materials 2 Sentyabr 2009 15:07 (UTC +04:00)
Qərb sahilində yəhudi qəsəbələri ilə bağlı məsələnin həlli çərşənbə günü Nyu-Yorkda ABŞ-ın Yaxın Şərq üzrə xüsusi diplomatik nümayəndəsi Corc Mitçell və İsrail Müdafiə Nazirliyinin nümayənədəsi Maykl Qerseq arasında keçiriləcək. Bu haqda Ağ Evin rəsmi nümayəndəsi Yan Kellinin sözlərinə əsasasən AFP agentliyi məlumat verib.
ABŞ və İsrail yəhudi qəsəbələri ilə bağlı məsələni həll etməyə çalışır

Qərb sahilində yəhudi qəsəbələri ilə bağlı məsələnin həlli çərşənbə günü Nyu-Yorkda ABŞ-ın Yaxın Şərq üzrə xüsusi diplomatik nümayəndəsi Corc Mitçell və İsrail Müdafiə Nazirliyinin nümayənədəsi Maykl Qerseq arasında keçiriləcək. Bu haqda Ağ Evin rəsmi nümayəndəsi Yan Kellinin sözlərinə əsasasən AFP agentliyi məlumat verib.

Gözlənilir ki, görüşdə həmçinin İsrail Baş nazirinin köməkçisi İsxak Molço da iştirak edəcək, aqentlik məlumat verir.

Danışıqların sonunda tərəflər bəyanatla çıxış etmək fikrindədirlər.

İsrail diplomatları yəhudi qəsəbələri ilə bağlı məsələdə mövqelərin üst-üstə düşməməsi səbəbindən ABŞ və İsrail arasındakı gərginliyin artmasını istisna edirlər.

"Hər iki tərəf (ABŞ və İsrailin) kompromis və qarşılıqlı güzəşt əsasında məsələnin həllinin tapılmasını arzu edir", - anonim qalmaq istəyən İsrail diplomatının müvəkkilinə istinadən AFP agentliyi məlumat verir.

Diplomat əlavə edbi ki, Qərb sahilində qəsəbələrin inşasının dayandırılmasına İsrailin razılıq verməsinə baxmayaraq, bu, ölkənin paytaxt kimi baxdığı Şərqi Qüdsə aid deyil.

Lakin Fələstin Administrasiyası Qüdsün 1967-ci ildə altıgünlük müharibə zamanı parçalanan Şərq hissəsini özünün gələcək dövlətinin paytaxtı sayır.

Fələstin Muxtariyyətinin rəhbərliyi bildirib ki, qəsəbələrlə bağlı məsələ həll edilməyənə qədər İsraillə danışıqların bərpası mümkün deyil.

Amerika və İsrail diplomatları İsrailin Baş naziri Binyamin Netanyahunun keçən həftə Londonda irəli sürdüyü, qəsəbələrin inşasının 9 aylıq dayandırılması barədə planını müzakirə etmək niyyətindədirlər.

Lakin İsraildə bildirirlər ki, son qərarı müdafiə naziri Ehud Barak və Baş nazir Netanyahu verəcək.

Xəbər lenti

Xəbər lenti