...

Ermənistan azərbaycanlı idmançıların təhlükəsizliyinə zəmanət verib (ƏLAVƏ)

Cəmiyyət Materials 2 Sentyabr 2009 14:14 (UTC +04:00)
Bu barədə razılaşma Azərbaycan və Ermənistanın gənclər və idman nazirləri – Azad Rəhimovla Armen Qriqoryan, hər iki ölkənin Cüdo Federasiyasının prezidentləri Füzuli Ələkbərov və Aleksan Avetisyan, eləcə də Avropa Cüdo Federasiyası və Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvləri arasında imzalanıb.
Ermənistan azərbaycanlı idmançıların təhlükəsizliyinə zəmanət verib (ƏLAVƏ)

Azərbaycan, Bakı, 2 sentyabr / Trend , müxbir C.Babayeva/

Ermənistan 9-14 sentyabrda İrəvanda keçiriləcək gənclərin Avropa Çempionatında azərbaycanlı cüdoçuların təhlükəsizliyinə zəmanət verib.

Bu barədə razılaşma Azərbaycan və Ermənistanın gənclər və idman nazirləri - Azad Rəhimovla Armen Qriqoryan, hər iki ölkənin Cüdo Federasiyasının prezidentləri Füzuli Ələkbərov və Aleksan Avetisyan, eləcə də Avropa Cüdo Federasiyası və Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvləri arasında imzalanıb. Bu barədə çərşənbə günü Azərbaycan Gənclər və İdman Nazirliyindən verilən məlumatda deyilir.

Müqavilədə Azərbaycan idmançılarının Ermənistana daxil olduqları andan ölkəni tərk edəcəkləri günə qədər ev sahibliyi edən ölkənin bütün təhlükəsizlik məsələlərinə ciddi şəkildə cavabdeh olması, informasiyaların ötürülməsi və məşqlərin keçirilməsi üçün şəraitin yaradılması məsələləri nəzərdə tutulub. Sənəddə Azərbaycan bayrağının yarış boyu digər ölkələrin bayraqları ilə bir sırada asılması, idmançımız 1-ci yeri qazanacağı təqdirdə Azərbaycan bayrağının qaldırılması və himnin səsləndirilməsi qeyd olunub. Çempionatın bütün iştirakçıları himni ayaq üstdə dinləməlidirlər. Ermənistan həmçinin BOK tərəfindən səlahiyyətli jurnalistlərin sərbəst şəkildə iştirakını təmin etməli və internetə sərbəst giriş verməlidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti